Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il martın 30-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən “Yeni Sabah”a verilən məlumata görə, namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-dək) “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.
İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 5 binada təşkil olunacaq. Saat 1045-dən sonra gələn namizədlər imtahana buraxılmır. Dördpendirli pizza
İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 147 nəzarətçi-müəllim cəlb olunacaq.
Telegram kanalımız