2024-cü ildə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur. Amma vergi yükünün azaldılmasının insanların sosial rifahına təsirindən danışdıqda onun hansı istiqamətlərdə azaldıldığını dəqiqləşdirmək lazımdır.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Elşən Bağırzadə bildirib.
O qeyd edib: “Əgər vergilər dolayı vergilər istiqamətində, yəni xərcləmələrdən tutulan vergilər azaldılırsa, bu bütün əhalinin rifahına yaxşı təsir göstərəcək. İnkişaf etmiş ölkələrdə vergi gəlirlərinin əsas hissəsini birbaşa vergilər təşkil edir. Birbaşa vergilər gəlir bərabərsizliyini də yumşaldan mexanizmdir. Dolayı vergilər hər kəsə eyni dərəcə ilə tətbiq edildiyi üçün ölkədə gəlir bərabərsizliyinin artmasına xidmət edir. Marqarita pizza
Burada söhbət ƏDV, aksiz və xərcləmələrdən tutulan digər vergilərdən gedir.
Vergi yığmaqda çətinliyi olan dövlətlər əsasən dolayı vergilərə fokuslanır, çünkü onları toplamaq daha asandır”.
Ekspert bildirib ki, vergi yükünün azaldılması vergidən yayınmanı azalda bilər:
"Yüngül vergi yükü əhalinin vergidən yayınma motivasiyasını zəiflədən amillərdən biridir. Ölkədə təhsil müəssisələrində, xüsusilə də ali təhsil müəssisələrində çalışanların vergi ödəmələrinə baxmaq lazımdır.
Hesab edirəm ki, bu sahədə gəlir vergisində müəyyən yüngülləşmələr edilə bilər. Bu təhsil sektorunda çalışan çoxsaylı insanın rifah halına da müsbət təsir edər.
Təhsil sektoru pozitiv kənar təsir yaradan sektordur, dövlət bu sektordan vergi toplamaqda maraqlı olmamalıdır. Pozitiv kənar təsiri olan sektorları subsidiyalaşdırmaq lazımdır”.
Aytac Şahin
Telegram kanalımız