Vergilər Nazirliyi 40 minlik liftləri hərraca çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Vergilər Nazirliyi 40 minlik liftləri hərraca çıxardı

İqtisadiyyat

31 Avqust 2019 17:55 1302


Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyinin satış üçün hərraca təqdim etdiyi avadanlıqların siyahısını açıqlayıb.

“Yeni Sabah” “Axar.az”-a istinadən xəbər verir ki, nazirlik yanında Lokal Gəlirlər Departamenti hərraca liftlər, generator və elektrik şitləri çıxarıb. Hərraca çıxarılan 2 ədəd liftin istehsal ili 2014-dür. Hər bir lift ayrı-ayrılıqda 40 min manata təqdim edilib.

Nazirliyin hərraca təqdim etdiyi generator və elektrik şiti isə 2011-ci il istehsalıdır. Generator üçün müəyyən edilən ilkin satış qiyməti 37 min manat, elektrik şiti üçün müəyyən edilən ilkin satış qiyməti isə 5500 manatdır. Dominos pizza

Avadanlıqlar bununla artıq ikinci dəfədir ki, satışa təqdim edilir.

Qeyd edək ki, sözügedən hərrac 1 oktyabr tarixində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!