“Verilən mənzillər jurnalistlərindir“ - Əflatun Amaşovdan “kupça“ qalmaqalına cavab

saytların hazırlanması

Evə çatdırılma

“Verilən mənzillər jurnalistlərindir“ - Əflatun Amaşovdan “kupça“ qalmaqalına cavab

Sosial

03 Sentyabr 2019 19:15 1228


Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə çıxarışların verilməmsi müzakirə mövzusuna çevrilib.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə KİV-ə Dövlət Dəstəyi Fondunun müvafiq sənədləri onlara təqdim etmədiyi üçün “kupça”nın verilmədiyini elan edib.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərə verilən evlər xidməti ev kimi bir şeydir. Pepperoni pizza

Yaranmış məsələyə ilə bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Yenicag.az”a açıqlama verib. 

Əfalatun Amaşov deyib ki, həmin mənzillər Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycan jurnalistlərinə əvəzsiz hədiyyəsidir:

“Bu eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir. O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranmış məsələ qanunlarımız çərçivəsində öz həllini tapacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!