“Vest Hem” “Fiorentina”ya qalib gələrək Konfrans Liqasının qalibi oldu

“Vest Hem” “Fiorentina”ya qalib gələrək Konfrans Liqasının qalibi oldu

İdman Veb saytların hazırlanması

08 İyun 2023 00:59 682


Bu gün Konfrans Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, həlledici matçda İtaliya "Fiorentina"sı İngiltərə "Vest Hem"i ilə qarşılaşıb.

Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüş ingilislərin qələbəsi ilə başa çatıb. "Vest Hem" son dəqiqə qolu ilə kuboku qazanıb.

Qeyd edək ki, ilk dəfə ötən mövsüm keçiriləm Konfrans Liqasının 1-ci qalibi İtaliya "Roma"sı olub.

Konfrans Liqası, final

7 iyun

23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2

Qollar: Bonaventura, 67 - Benrahman, 62, Boven, 90 

Baş hakim: Karlos Del Serro (İspaniya)

Praqa, "Eden Arena"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!