Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi - Fotolar

Hadisə

25 Yanvar 2021 14:27 820


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib. 

Yenisabah.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Vətən Müharibəsi iştirakçılarına göstərdikləri əzm və şücaətdən dolayı təşəkkür edib. Həbib Həsənov çıxışında ölkə başçısı Ilham Əliyevin 30 illik Qarabağ həsrətinə son qoyan siyasi iradəsinin və mütəşəkkil ordu quruculuğunun xalqımıza qürur bəxş edən qələbə yekunundan bəhs edib. 

Tədbirdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Fərid Bağırov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Işçilərinin Respublika Komitəsinin sədri Rəşad Səfərov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Avtomobil Nəqliyyatı ilə Daşımaların təşkili" MMC-nin rəisi Vüqar Süleymanzadə, DANX Həmkarlar İttifaqı Bakı-3 şöbəsinin rəisi Orxan Hüseynzadə və qurumun əməkdaşları iştirak edib.  Sezar pizza

Tədbirin sonunda Vətən Müharibəsi iştirakçılarına fəxri fərmanlar təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!