Vətən Müharibəsi iştirakçısı 40 yaşlı mayor qəfil vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vətən Müharibəsi iştirakçısı 40 yaşlı mayor qəfil vəfat etdi - Foto

Hadisə

29 Sentyabr 2024 19:08 977


Biləsuvarda Vətən Müharibəsi veteranı vəfat edib.

Lent.az-ın xəbərinə görə, Cəlal Adıböyük oğlu Rəhimov bu səhər ürəktutmadan vəfat edib.

O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb. Toyuqlu pizza

40 yaşlı C.Rəhimov 2005 - ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi başa vurub. Azərbaycan ordusunun zabiti kimi cəbhə bölgəsində vətənə şərəflə xidmət göstərib. Qüsursuz xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülüb.

Mayor C.Rəhimov Vətən Müharibəsində Fizuli, Xocavənd, Tuğ, Şuşa uğurunda qəhrəmancasına döyüşüb. Artilleriya komandiri olub. Müharibədə göstərdiyi şəxsi şücaət və igidliklərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, veteran, müharibədən sonra Şuşada yerləşən hərbi hissədə Artilleriya divizionunun komandiri olub. Bir il idi ki, ehtiyata buraxılmışdı. Subay idi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!