Vətən müharibəsi iştirakçısı iki gündür tapılmır: Avtomobili kanaldan çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi iştirakçısı iki gündür tapılmır: Avtomobili kanaldan çıxarılıb

Hadisə

10 Avqust 2024 19:17 918


Avqustun 9-da Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə ilkin ehtimala görə içərisində bir nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Abusət Xanlar oğlu Əliyevin axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir. Pepperoni pizza

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!