Vətən müharibəsi qazisi dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi qazisi dəfn olundu

Hadisə

25 İyun 2021 11:54 640


Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.

Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Marqarita pizza

Qeyd edək ki, R.Kazımov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. R.Kazımov döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib. Qazi ötən gün vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!