Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu

Hadisə

04 Aprel 2025 21:46 461


Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Yenisabah.az "Unikal"a istinadla xəbər verir ki, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb. Sezar pizza

Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir.

Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib.

Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!