Vətən müharibəsi qazisi gənc yaşda vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi qazisi gənc yaşda vəfat etdi - FOTO

Sosial

11 Aprel 2026 21:31 662


44 günlük Vətən müharibəsinin qazisi Ülvi Xasayzadə gənc yaşında vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib. 

Qazinin ölüm səbəbi açıqlanmayıb.  Dominos pizza

Aprelin 16-da onun 27 yaşı tamam olacaqdı.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasayzadə Ülvi Əlisəfa oğlu əslən Qubadlının Dəmirçilər kəndindəndir.

O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıq, igidlik və şücaət göstərib. 

Prezident İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Ü Xasayzadə evin tək övladı və subay idi.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!