Vətən müharibəsi qazisi qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi qazisi qəzaya düşdü

Hadisə

11 Mart 2021 01:23 948


Biləsuvar-Bəhramtəpə avtomagistralının Səmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hərəkətdə olan minik maşını idarəetməni itirərək, yol kənarındakı mağazaya çırpılıb.

İlkin məlumata görə, qəzaya yük maşınının qəflətən minik avtomilinin hərəkət zolağına çıxması səbəb olub. pizza mizza

Qəzada ciddi bədən xəsarətləri alan “Mercedes” markalı minik avtomobilinin sürücüsü, İsmətli kənd sakini, 1989-cu il təvəllüdlü İbayev Vüsal Mirzəxan oğlu və sərnişinlərindən İsmətli kənd sakini İbayev Vüqar Əliheydər oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkim nəzarətindədirlər.

Qeyd edək ki, Vüsal İbayev Vətən müharibəsi qazisidir. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!