Vətən müharibəsi qazisi Təhsil şöbəsinin müdiri təyin olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi qazisi Təhsil şöbəsinin müdiri təyin olundu - Foto

Rəsmi

26 May 2021 22:09 1333


Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri səlahiyyətlərinin icraçısı məlum olub.

Yenisabah.az xəbər verir ki, Cəlilabad Rayon Təhsil Şöbəsi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, bununla bağlı əmr 26 may tarixində imzalanıb. Əmrə əsasən, bu vəzifə qurumun aparıcı məsləhətçisi Ağayev Ağaxan Çapar oğluna həvalə edilib. Pepperoni pizza

Qeyd edək ki, A.Ağayev Vətən müharibəsi qazisidir. O, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib.

O, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Cəsur döyüşçü" medalına layiq görülüb. Daha sonra təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, A.Ağayevə “II dərəcəli dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib.

Xatırladaq ki, bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova olub.//Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!