Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həlak oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həlak oldu - Foto

Hadisə

12 Avqust 2023 17:30 1297


Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Racim Çingiz oğlu Mirzəyevin idarə etdiyi “Mercedes Benz” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R.Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.

(APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!