Azərbaycan Ordusunun baş giziri Cəfərov Bəhruz Bəybala oğlu vəfat edib.
Bu barədə "Yeni Sabah" onun yaxınları məlumat verib.
Bildirilib ki, hərbçi xəstəlik səbəbindən dünyasını dəyişib. Marqarita pizza
Qeyd edək ki, əslən Neftçala rayonundan olan B.Cəfərov 17 il orduda xidmət edib.
O, 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2022 və 2023-cü illərdə antiterror əməliyyatlarında iştirak edib.
“Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik, mərdlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.
Allah rəhmət eləsin!
Telegram kanalımız