“Vətəndaş A” serialı yarımçıq dayandırılır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Vətəndaş A” serialı yarımçıq dayandırılır? - Açıqlama

Şou

02 Dekabr 2024 20:40 2991


Cəmiyyətdə böyük müzakirəyə səbəb olan, İctimai TV-də yayımlanan "Vətəndaş A" serialı başa çatır. Serialın sonuncu - 12-ci bölümünün dekabrın 7-də efirə gedəcəyi ilə bağlı anonslar yayımlanır. 

Aktyor Qurban İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Vətəndaş A" serialı erkən final etmir:

"Bəli, serial başa çatır. Çəkilişlərə ötən il başlamışdıq. Efirə getməzdən əvvəl də deyilmişdi ki, layihə 12 bölümdən ibarət olacaq. Serial sevildi, müzakirə olundu. Ssenari "Almaz" pyesi əsasında hazırlanıb. Ondan artıq ssenarini uzatmaq yaxşı görünməz". Sezar pizza

Qurban İsmayılov belə ssenarilərin davamlı olmasını arzulayıb.

Qeyd edək ki, serialın baş prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadədir. Ekran işində aktyorlar Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı və başqaları rol alıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!