Vətəndaşlara hüquqi yardım göstəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara hüquqi yardım göstəriləcək

Maraqlı

07 İyul 2023 14:04 1225


01 iyul 2023 il tarixindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara  pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi" layihəsinin icrasına start verilib. 

Layihənin məqsəd və vəzifələri əsasən 

•    Keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş digər insanların qanuni hüquq və maraqlarının daha səmərəli müdafiəsini təşkil edilməsi Dominos pizza

•    Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müraciətlərin artması ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi

•    Pozulmuş hüquqların bərpa edilməsi üçün vətəndaşların hərəkətinin təşviq edilməsindən

ibarətdir.

Layihə çərçivəsində hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər veriləcək. Onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib ediləcək. Məhkəmə orqanlarına müraciətin  zəruri olduğu hallarda iddia ərizələri  tərtib  ediləcəkdir. Qəbul günlərindən başqa günlərdə  də ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstəriləcəkdir.  

Yazılı, şifahi müraciətlər, telefon, veb-sayt, sosial şəbəkələr vasitəsi ilə cavablandırılacaq. 

Layihənin icrası çərçivəsində “UNİON” vəkil bürosu və ekspert-hüquqşünas ilə bağlanmış müqavilə əsasında beş ay müddətində (01.07.2023 01.12.2023 il)  Bakı, Şirvan, Masallı, Mingəçevir şəhərlərində vətəndaşların qəbul günləri  və hüquqi yardım aksiyaları təşkil ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!