Vətəndaşlara xəbərdarlıq -   Günəşdən gələn təhlükə 23-24 iyulda baş qaldırır!

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara xəbərdarlıq - Günəşdən gələn təhlükə 23-24 iyulda baş qaldırır!

Sosial

22 İyul 2025 12:40 1126


23-24 iyul tarixlərində Günəşdə yaranan koronal dəlik səbəbindən Yerdə zəif səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı var.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası özünün teleqram kanalı vasitəsilə xəbər yayıb.

Verilən açıqlamada bildirilir ki, 23 iyul çərşənbə günü nisbətən uzunmüddətli geomaqnit qasırğaları müşahidə oluna bilər. Ən yüksək səviyyədə isə zəif və minimal maqnit qasırğası baş verə bilər. İyulun 24-də də maqnit qasırğalarının olma ehtimalı yüksək olaraq qalır. Sezar pizza

Məlumatda həmçinin vurğulanır ki, bu maqnit qasırğalarının əsas səbəbi Günəşlə Yer arasında yerləşən orta ölçülü tac dəliyidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!