Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Yeni Sabah”ın məlumatına görə, Bakı şəhər sakini, əvvəllər CM-nin müxtəlif maddələri məhkum olunan, 1973-cü il təvəllüdlü Rövşən Rəhimov məyyən olunaraq saxlanılıb. Şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.
R.Rəhimovun ətrafında keçirilən araşdırmalara müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1000 manat pulu talayıb. pizza sifarişi
Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.
Telegram kanalımız