Gürcüstanda əhalinin kommunal xərclərinin bir hissəsini dövlət qarşılayacaq.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria məlumat verib.
Onun sözlərinə görə, hökuməti mart, aprel və may ayları üçün göstərilən kommunal xidmətlərin müəyyən hissəsinin ödənişlərini öz üzərinə götürəcək. İşsiz qalan gürcüstanlılar isə ünvanlı sosial yardım alacaq. Dördpendirli pizza
Qeyd olunub ki, ayda 200 kilovatt elektrik enerjisi və 200 kubmetrədək təbii qazın pulsuz verilməsinə dair qərar qəbul olunub.
Telegram kanalımız