Vətəndaşların NƏZƏRİNƏ: Qiymətlər 5 dəfə artdı - Ötən həftə 1 manat idi

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların NƏZƏRİNƏ: Qiymətlər 5 dəfə artdı - Ötən həftə 1 manat idi

Sosial

11 May 2025 12:40 31318


“Qobustan qoruğuna giriş biletlərini kəskin bahalaşdırıblar”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib.

İqtisadçının sözlərinə görə, əvvəllər yerli ziyarətçilər üçün qiymət 4, əcnəbilərə 10, tələbələrə 1, məktəblilərə isə 0.40 AZN olub: pizza mizza

“Bir neçə gün öncə yeni qiymətlər elan ediblər. İndi yerli ziyarətçilər 7, əcnəbilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar. Qiymətləri turistlər üçün 2, tələbələr və məktəblilər üşün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üçün muzeylərə, qoruqlara baha bilet yanaşması, dünyanın bir çox ölkələrində var, bunu anlayıram. Amma məkanın təbliğatı ciddi qurulandan sonra bu addımı atmaq mümkündür”.

Natiq Cəfərli Qobustan qorğunu Türkiyədəki “Aya Sofya” məscidi ilə müqayisə edib:

“Orada yerli-əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi, indidən 2 qat qiymət fərqi qoyuruq? Bundan başqa, öz şagirdlərimizə, tələbələrimizə qiyməti niyə artırırıq?! Türkiyədə məktəblilər üçün əksər muzeylər tam pulsuzdur. Çünki bu, həm də hekayə quruculuğunun bir hissəsidir – məktəblilər, tələbələr dünyaya daha açıq olurlar, müxtəlif ölkələrdə yaşayan həmyaşıdları ilə danışır və hər biri “turizm agentinə” çevrilirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elsevər
    Vallah ayıbdı belədi olmaz axı əcnəbi vətəndaşlar ücün bu qiymət olar götürəndə yenə bahadır bizim üçün pulsuz turistlər üçün 5 manat olmalıdır
    12 months ago
  • Məlahət
    Baha edirlər ki ,gələn olmasın və heç kəs də tariximiz haqqında məlumatlı olmasın. Gələcək nəsillərimiz məlumatlı olsalar, necə bir qədim tarizimiz olduğunu öyrənər. Yaxşı eləyirsiz, niyə bizim tariximizi dünya tanısın , bilsin .
    12 months ago
  • Məlahət
    Baha edirlər ki ,gələn olmasın və heç kəs də tariximiz haqqında məlumatlı olmasın. Gələcək nəsillərimiz məlumatlı olsalar, necə bir qədim tarizimiz olduğunu öyrənər. Yaxşı eləyirsiz, niyə bizim tariximizi dünya tanısın , bilsin .
    12 months ago
  • Rahilə
    Qobustan qoruguna insanlar nə üçün gedirlər,keçmişimizi,əcdadımızı öyrənmək üçün,qiymətlərin qalxması onu göstərirki,lazım deyil,öyrənməsək nolacaq,heç qoymasılar,qoy özləri öyrənsinlər.Ayıbdı vallah,belə yerlər pulsuz olmalıdı
    12 months ago