Slovakiya hökuməti yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vətəndaşların xarici ölkələrə səyahət etmələrini müvəqqəti qadağan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb. Qeyd olunub ki, qadağanı pozanlar 1 000 avro məbləğində cərimə ediləcək.
Bildirilib ki, respublikada epidemioloji vəziyyət yaxşı deyil. Ölkədə virusun yeni növləri yayılmağa başlayıb. Yeni ştamları xaricdə istirahət edərək ölkəsinə geri qayıdan Slovakiya vətəndaşları gətirib. Toyuqlu pizza
Slovakiyada koronavirusa yoluxanların ümumi sayı 346 149 nəfərdir. Müalicə alan 8 894 nəfərin həyatını xilas etməm mümkün olmayıb. (Report)
Telegram kanalımız