Səudiyyə Ərəbistanının tanınmış iş adamı Britaniya pasportu almaq vədi müqabilində Britaniya kral ailəsinin məsləhətçisinə 1,5 milyon dollar rüşvət ödəyib.
Yenisabah.az "Əl-Vaqi əl-Səudi"yə istinadla xəbər verir ki, iş adamı Mari Mübarək bin Məhfuz şahzadə Çarlzdan məsləhətçisindən vasitəçi kimi istifadə edib.
O, rüşvət müqabilində Britaniya pasportu və cəngavər (ser) titulu alıb. Dördpendirli pizza
"The Times" qəzeti şahzadə Çarlzın ən yaxın adamı olan Maykl Fostun qalmaqaldan sonra Şahzadə Vəqfinin icraçı direktoru vəzifəsindən müvəqqəti olaraq istefa verdiyini yazıb.
Mari Mübarək bin Mahfuz Şahzadə Çarlzın himayəsindəki xeyriyyə təşkilatlarına 1,5 milyon funt sterlinqdən (2 milyon dollar) çox ianı bağışlayıb.
2017-ci ilə aid məktuba əsasən, Maykl Fost səudiyyəli iş adamına maliyyə dəstəyinə görə təşəkkür edib.
Məhfuz otel şəbəkəsi sahibi və Yaxın Şərqdəki əmlak biznesi təmsilçisi kimi tanınır.
Telegram kanalımız