“Milli bayramlar və anma mərasimləri zamanı nə qədər yalan dolu fərziyyələrə sahib olduğumuzu tam olaraq anlayırsınız. "Vətən", "müstəqillik", "vətənpərvərlik", "demokratiya", "azadlıq" və digər vacib anlayışlar necə manipulyasiya olunur və köhnəlir. Hər siyasi əclaf qanlı əllərini vətənimizə uzadaraq biz ermənilərin xəyallarından istifadə edirlər. Bu günlərdə anlayırsan ki, vətənpərvərlik, həqiqətən də alçaqların son çarəsidir".
“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Hraparak” nəşri ötən gün baş tutan “rəngarəng tədbirlər”ə etiraz olaraq yazıb.
“Müstəqilliyin 30-cu ildönümü münasibətilə dünən o qədər yalan və boş sözlər danışıldı ki. Varlığı və fəaliyyəti ilə vətəni təhlükəyə atanlar, düşüncəli üzlər və yalançı kədər ilə övladlarımızın məzarlarını ziyarət etdilər. Qara kostyumlarıyla, məzarların yanında diz çökərək yas və vətənpərvərlik şousunu səhnələşdirməyə çalışdılar. pizza hut
“Eyni zamanda onlardan bir neçə metr aralıda övladı Qarabağda həlak olan valideynləri sürükləyib, susdururdular. Jurnalistlərə yerinizdə dayanın və fotoşəkil çəkməyin göstərişi verilmişdi. Atmosferdə dəhşətli bir proqnoz var. Görəsən bir-iki ildən sonra müstəqillikdənbu qədər xoşbəxt olacayıqmı? Çünki dövlətimizin başı üzərində böyük bir təhlükə mövcuddur.”- deyə jurnalist fikirlərini tamamlayıb.
Telegram kanalımız