“Qələbə xəbərini eşidəndə keçirdiyim hisslər möcüzəvi idi. Çox sevindim. Müharibə sözsüz ki, mənim də yaradıcılığıma təsir göstərdi. Bəstəkar kimi vətənpərvər əsərlər yazdım, yazmaqda da davam edirəm”.
Bu sözləri Yenisabah.az-a Əməkdar artist Elza Seyidcahan deyib.
Sənətçi müharibənin yaradıcılığına da təsirsiz ötüşmədiyini qeyd edib: Sezar pizza
“Müharibə başlanandan bəri 8-9 əsər yazmışam. Başqa liyəhələrim də var, indidən istəmirəm açıqlayım, özünüz görəcəksiniz. Ordumuz bu gün böyük şücaət göstərdi. Xalqımız birlik nümayiş etdirdi, atalar deyib, el bir olsa, dağ oynadar yerindən. Biz bütün dünayaya bir yumruq olduğumuzu sübut etdik. Xalqımızla fəxr edirəm. Şəhidlərimizin də ruhu bu gündən sonra şad olacaq, başımız sağ olsun. Biz də bütün şəhid ailələrimizin yanında olacacağıq”.
Bəstəkar son dövrlər qəhrəmanlıq mövzusunda yazılan mahnıların bir-birinə bənzədiyini bildirib:
“Biz 30 ildir ah-nalədən, torpaqlarımızın işğalından yazmışıq. Həmişə əsərlərimizdə nisgil hiss edilib, lakin biz artıq qələbə əzmində əsərlərlər yaradacağıq. Müharibə dövründə qəhrəmanlıq mövzusunda çox yazıldı, oxundu. Bəziləri oxuyublar, nə isə demək olmur, çünki onların bacardığı odur. Onları qınaya bilmərəm, istəyiblər ki, vətənpərvər bir söz desinlər. Bunu da öz qablarındakı kimi deyiblər. Hər kəs həmişə öz bacardığını ortaya qoyur. Heç kəsi məcbur etmək və ya oxuduğuna görə təhqir etmək olmaz. Çox vaxt görürəm ki, bu mövzuda yazılan musiqilər bir-birinə oxşayır, sadəcə sözlər dəyişir. Bəzən sözlər də bir-birinə oxşayır, mən bəstəkar olaraq bunu görürəm, hiss edilir ki, şablondur. Bununla yanaşı ciddi əsərlər yazan, oxuyan sənətçilərimiz də az deyil”.
Telegram kanalımız