“Vətənsizliyin nə demək olduğunu bu ağrını yaşamayanlar bilməz” -   Kəlbəcərli jurnalist

saytların hazırlanması

Evə çatdırılma

“Vətənsizliyin nə demək olduğunu bu ağrını yaşamayanlar bilməz” - Kəlbəcərli jurnalist

Hadisə

15 Noyabr 2020 11:42 1056


“27 ildən artıqdır doğma yurdumuza qayıtmağın həsrəti ilə yaşayırıq. Neçə yaxınım Kəlbəcər həsrətinə dözməyərək dünyasını dəyişdi. Şəxsən tanıdığım neçə kəlbəcərli ömründən illər verməyə hazır idi ki, bircə saatlıq Kəlbəcərə qayıda bilsin”.

Yenisabah.az xəbər verir ki, bu barədə kəlbəcərli jurnalist Xalid Vahidoğlu sosial şəbəkədə yazıb.

O, bu gün sosial mediada bəzilərinin məcburi köçkünlərin geri qayıtmasını müzakirəyə çıxarıb yersiz fikirlər səsləndirirdiyini vurğulayıb: Marqarita pizza

“Mən doğulduğum torpaqda cəmi 14 il yaşaya bilmişəm. Amma məni Başlıbelə bağlayan hissləri ifadə etməyə söz tapa bilmirəm. Vətənsizliyin nə demək olduğunu bu ağrını yaşamayanlar bilə bilməz, məncə. Bugünədək bir çox ölkələrə gedib, mətbəxlərindən dada bilsəm də, mənim üçün ən ləzzətli təam 3 gün ac-susuz yol gəldikdən sonra 1993-cü ildə Murov dağında əsgərlərin verdiyi çörək olub. Həyatımın ən xoşbəxt anı da Başlıbelə qayıdıb orada yaşayacağım zaman olacaq.

Məncə, hər bir məcburi köçkün doğulduğu torpağa dönəcəyi günü səbirsizliklə gözləyir. Yersiz fikirlərlə cəmiyyətdə narazılıq yaratmağa dəyməz.

Çoxumuzu narahat edən məqamlar olsa da, biz QALİB XALQIQ. Əsgər, Zabit, General, Ali Baş Komandan, Siyasətçi, Jurnalist, Müəllim, Fəhlə, Sürücü və sadalaya bilmədiyim milyonlar birləşərək VƏTƏN MÜHARİBƏSİNDƏ xalqımızın zəfərini mümkün olan həddə təmin edib. Bu gün bizlərə birlik həmişəkindən daha çox lazımdır. Kəlbəcər, Laçın, Ağdam, Xocalı, Xocavavənd, Ağdərə, Xankəndidə Azərbaycan bayrağı dalğalananadək birliyimizə xələl gətirən istənilən hərəkətdən uzaq olmalıyıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!