Veteran cüdoçularımız Avropa çempionatını 11 medalla başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

Veteran cüdoçularımız Avropa çempionatını 11 medalla başa vurdular

İdman

11 İyun 2023 14:07 736


Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub. 

Yenisabah.az xəbər verir ki, 8-10 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib. 

Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. M1 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Vasif İbrahimov gümüş medala sahib olub. M1 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüqar Babayev və +100 kq. çəkidə Ruslan Əliyev bürünc medal qazanıblar. Toyuqlu pizza

İdmançılarımız yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib. Veteranlarımız çempionatı ümumi hesabda 7-ci, kişilər arasında isə 5-ci yerdə başa vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!