Veteranlara birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Veteranlara birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Sosial

21 Aprel 2025 16:47 72249


1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. pizza hut

Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sherafet
    Qarabağı onlar alınb axı. Pulu onlara verin. Kimi aldadırsız onlardan 5,6 nəfər qalıbda guya nəsə möhtəşəm bir şey edirlər.nə isə biz düzələn zad deyilik
    1 year ago
  • Mayis
    Bizda vuruşmuşuq veten uçun bes bizi nöş yad etmirsuz vuruşmaq deyenda kenardan baxana asand gösenir gerey oheyatin çetin veziyyetinida yasayib göresan butun şehidlerimizi allah rehmet elasin
    1 year ago
  • Abuzer
    veteran pululari qalxsin menim 4medalim ve herbici olmuwam aile veziyyetim cetindi anam xeste atam xeste mende catdira bilmirem gah derman alim gah eve praduq alim xahiw edirem mene komeklik edesiz
    1 year ago
  • Taleh
    Qarabağ veteranlarıni nə vaxt sevindirəcək sınız... ?
    1 year ago
  • Kenan
    Vetranlara verilen teqayudun artirilmasinda qarinlari agriyir. Ama 2ci dunya muharibe sindeki vetranlara pol ayra bililler eh nebilim vallah
    1 year ago
  • Nizami
    Salam Məndə Qarabağ müharibəsi veteranıyam Arzu edirəm öz torpağımızda vuruşan oğullarıda sevindirəsiniz aldığımız 80 manat 800 manat olsun
    1 year ago
  • Kazım
    Salam biz qaziləre mənzil nə vaxdı veriləcek 5 uşaxla ucuz yataxanada yaşayram uçub üstmizə töklür bizdə nəzərə alın
    1 year ago
  • Mustafayev cabir
    Məndə 1993-1997 veteraniyam. bizimdə 80 manatı artırsalar yaxşı olardi .hər il artımlar olur ancaq bizim 80 manat artmir.
    1 year ago
  • Meherrem
    Salam veteranam işsizəm 3 öbladım var harada gedirəm deyiler yoxdu is deyirsen vetiranam deyiker naxarim kireditim var borcum var 3 usax indi siz deyin nece yasayak ?aldiximizda 80 manat mim komeklik etsin mene xahis edirem
    1 year ago
  • Abdul
    Nəyə görə baki abşeron sumqayıt ayın 10 Rayonlar 22-25 pensiyasın alır? Kim bunu tətbiq edib? Bu nə ikitirəlikdi? Şəhərdıki adamdı Rayondakı yox???
    1 year ago
  • Mübariz
    Olar Rusiya üçün vuruşub maşallah hörmətləri var Bizdə Azərbaycan üçün onlara 2500 verilir mənə 1 dəfə 1700 yaralanma pulu fərqimizə bax halal olsun bu dövlətə ALLAH mütləq ədalət sahibidir Həmd olsun ƏZƏMƏT və QÜDRƏT sahibinə
    1 year ago
  • Qoca qartal
    Neçə ildir ki bizim bu 80 manat veteran pulunun üstündə müzakirə gedir. Ancaq hələ bir tərəfə çıxarda bilmirlər. Biz də öz torpağımızı qoruyaraq öz saglamlıgımızı itirmişik. Görəsən bizə nə vaxt belə yardımlar olacaq?
    1 year ago
  • ANUBİS
    3.2 milyon manat 41-45 veteranlarına ayrılmır cəm 21 nəfər veteran var hər birinə 2500 manat verilsə 21*2500=52500 21*1250=26250 cəmi 52500+26250=78750manat çatır 21 veterana 3.2 milyon hara gedir ay peysərdən əmələ gələnlər
    1 year ago
  • Celal
    Niye ümumi veteran yazıb bu veteranları deli edirsiz yazinki 1941.1945 veteranlarına da dewetsize
    1 year ago
  • Musayev Əlisafa.
    Vallah 1941-1945 dən heç kim qalmıyıb. Qarabağ veteranları 80 manat alır. Bizdə yaziğiniz ğəlsin.
    1 year ago
  • Adil
    Yəni o vaxtki insanlardan hələdə yaşayan var????? Bəs indiki veteranlara nə verəcəklər? Da...ğ?
    1 year ago
  • Zakir
    Salam vetaran pulları qalxacaq mı
    1 year ago