Vəzifəli şəxs barəsində iddialar səsləndirən şirkət rəhbəri cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxs barəsində iddialar səsləndirən şirkət rəhbəri cəzalandırıldı

Hadisə

19 Dekabr 2023 21:31 865


Bakıda fəaliyyət göstərən “Sahil-D Kompani” MMC tikinti şirkətinin icraçı direktoru Adilağa Hüseynov barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edilib.

Publika.az-ın məlumatına görə, Suraxanı rayon məhkəməsinə daxil olan müraciətdə A.Hüseynovun internet televiziyasının efirinə çıxaraq yüksək vəzifəli məmur haqqında böhtanlar səsləndirməsi, həmçinin Söhrab Əliyev və Nazim Hüseynov adlı şəxslər şirkətin adından istifadə edərək bina sakinlərindən 1,5 milyon manat məbləğində vəsaiti mənimsəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməsi bildirilib.

Yüksək vəzifəli şəxs A.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. Marqarita pizza

Suraxanı rayon Məhkəməsinin hökmü ilə 70 yaşlı iş adamı A.Hüseynova 1 il 3 ay islah işləri cəzası təyin edilib.

O, həmçinin cəza müddətində qazancının 20 faizi miqdarında cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!