Vəzifəli şəxs həbs edildi - Dələduzluqda ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxs həbs edildi - Dələduzluqda ittiham olunur

Kriminal

22 İyun 2020 19:15 2044


Azərbaycanda vəzifəsinin icrası ilə əlaqədar rüşvət verməkdə və digər ağır cinayətlərdə ittiham olunan şəxs həbs edilib.

Yenisabah.az xəbər verir ki, Əhmədov Murad Fərhad oğlu Baş Prokuror yanında Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib. pizza sifarişi

İttihama görə, Murad Əhmədov vəzifəsinin icrası ilə əlaqədar rüşvət tələb etməkdə, daha yüksək vəzifəli şəxsə rüşvət verməkdə, çoxsaylı dələduzluq etməkdə ittiham olunur.

İstintaq davam edir.   /Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!