Vəzifəli şəxsin qardaşının meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxsin qardaşının meyiti tapıldı

Hadisə

07 Mart 2025 01:21 485


Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.

Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bağırov evinin həyətində oğullarının mübahisəsinə əsəbiləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub. Toyuqlu pizza

İ.Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!