“Victoria's Secret” markasının ilk kürən saçlı modeli olan Aleksina Qrem koronavirusa yoluxub.
Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, 30 yaşlı model xəstəxanaya yerləşdirilib. Sosial şəbəkədəki hesabında səhhəti haqqında məlumat verən model bildirib ki, hazırda vəziyyəti yaxşıdır, müalicəsi isə davam edir.
Nyu Yorkda yaşayan modelin sözlərinə görə, o, koronavirusun yayılmağa başladığı ilk günlərdə karantin müddətini tək keçirmək istəmədiyi üçün bacısının yanına - İngiltərəyə gedib. Ancaq bir müddət sonra özündə koronavirusun simptomlarını hiss etdiyi üçün xəstəxanaya müraciət edib. pizza sifarişi
Telegram kanalımız