Vidadi Zeynalov xanımı ilə birgə restoran işlədir:   “Acından öləsi deyiləm ki” - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vidadi Zeynalov xanımı ilə birgə restoran işlədir: “Acından öləsi deyiləm ki” - Foto

Sosial

13 Sentyabr 2019 15:50 6394


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

"Yeni Sabah" bildirir ki, bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir:

“Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”. Dominos pizza

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib:

“Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!