Videosu yayılan mərsiyyəçi uşaq kimdir? - Hacı Şahin açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Videosu yayılan mərsiyyəçi uşaq kimdir? - Hacı Şahin açıqladı

Maraqlı

26 Fevral 2023 11:28 9178


Sosial şəbəkələrdə mərsiyyə deyən yeniyetmə ilə bağlı yayılan video ətrafında müzakirələr səngimək bilmir. İzləyicilərin böyük əksəriyyəti dinimizin bu şəkildə təqdim olunmasını, xüsusən uşaqların belə məclislərə cəlb edilməsini kəskin pisləyiblər. 

KONKRET.az insanların marağına səbəb olan məlum videonun nə vaxt və harada çəkildiyini öyrənmək məqsədilə tanınmış din xadimi Hacı Şahinlə əlaqə saxlayıb. Hacı bildirib ki, video yeni deyil, sadəcə kimsə yenidən gündəmə gətirib: 

“Çox-çox illər öncə çəkilib. Videodakı roizəxan (mərsiyyə deyən adam – red.) Əlirza İsfəndiyarinin uşaqlığıdır. İndi onun qırxdan çox yaşı olar. Həmin mərsiyyəni isə Azərbaycanda yox, İranın Ərdəbil şəhərində oxuyub. Ərdəbildə belə dini mərasimlər adi bir haldır”.  Toyuqlu pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!