Viktor Orban Azərbaycana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Viktor Orban Azərbaycana səfər edəcək

Siyasət

04 İyul 2024 17:53 459


Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.

Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək: Dördpendirli pizza

"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!