Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi

Sosial

15 Yanvar 2020 15:09 8860


Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Priyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Priyev icra edirdi. Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib. Dördpendirli pizza

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Rəşad Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.   /Bakupost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!