Vilayət Eyvazov Bəxtiyar Abbasova rütbə verdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Bəxtiyar Abbasova rütbə verdi

İdman

14 İyul 2021 15:40 9011


Azərbaycanlı MMA idmançısı Bəxtiyar Abbasova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən polis kapitanı rütbəsi verilib.

Bu barədə Unikal.org-a idmançının qardaşı, MMA ustası Şəhriyar Abbasov məlumat verib. O bildirib ki, Bəxtiyar Abbasov 10 ilə yaxındır polis orqanlarında çalışır.

Ş.Abbasov qeyd edib ki, rütbənin vaxtından əvvəl təqdim olunmasına səbəb 44 günlük Vətən Müharibəsində işitrak etməsidir. Dominos pizza

Qeyd edək ki, Bəxtiyar Abbasov Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilidir.

O döyüş sambosu üzrə millimizin üzvlərindəndir.B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!