Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

Maraqlı

28 Yanvar 2022 16:13 1007


Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov sərəncama götürülüb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir. pizza sifarişi

Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!