Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Onun yerinə isə polis mayoru Elvin Abbasov təyinat alıb. O, bundan əvvəl Gəncə Regional Narkomaniya İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi vəzifəsinə 2016-ci ildə təyin edilmişdi. Zəfər Abıyev həmin vəzifəyə təyin edilməzdən əvvəl isə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Sözügedən vəzifəyə isə keçmiş Daxili işlər naziri Ramil Usubovun 2012-ci ildə imzaladığı əmrlə təyin edilmişdi.
Zəfər Abıyev sözügedən vəzifələrə təyin edilməmişdən əvvəl uzun müddət Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.
Kamil
https://cdn.yenisabah.az/files/2020-02-21_111021.jpg Telegram kanalımız