Vilayət Eyvazov işdən çıxarılan rəisin oğluna yeni vəzifə verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov işdən çıxarılan rəisin oğluna yeni vəzifə verdi - Foto

Sosial

07 Mart 2020 16:09 1821


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib. pizza sifarişi

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludur. V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!