Vilayət Eyvazov keçmiş icra başçısının oğluna vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov keçmiş icra başçısının oğluna vəzifə verdi

Sosial

04 Mart 2020 16:40 10160


Keçmiş icra başçısı Akif Səlimovun oğlu vəzifəyə təyin edilib. "Yenisabah"ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Səlim Səlimov Xəzər rayon Polis İdarəsinə əməliyyat müvəkkili təyin edilib. Qeyd edək ki, Səlim Akif oğlu Səlimov ötən ilin dekabr ayında Vilayət Eyvazovun əmri ilə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi vəzifəsindən azad olunub. Xatırladaq ki, Səlim Səlimovun atası Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib. Azər İsrafilov
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!