Vilayət Eyvazov məşhur idmançını təqaüdə göndərdi 

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov məşhur idmançını təqaüdə göndərdi 

Maraqlı

30 May 2023 12:58 1070


Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib. 

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı Z.Meftahətdinovanı qəbul edib.  Dördpendirli pizza

Yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. 

Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!