Vilayət Eyvazov paytaxt sakinlərini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov paytaxt sakinlərini qəbul etdi

Sosial

09 Noyabr 2019 14:19 1200


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın müxtəlif  bölgələrində, o cümlədən Bakı şəhərində müraciət edən şəxslərin qəbulunu keçirir. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, V.Eyvazov Daxili  İşlər Nazirliyində növbəti vətəndaş qəbulunu keçirərək müraciət etmiş 23 paytaxt sakini ilə görüşüb.       

Nazir daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdəki  fəaliyyəti ilə bağlı onların üzləşdikləri problemləri dinləyib, qaldırdıqları məsələlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini  tapıb.  pizza sifarişi

Qeyd edək ki, cari ilin son 3 ayı ərzində nazir Vilayət Eyvazov qəbul üçün müraciət edən 90 nəfər Bakı şəhər sakinini Daxili İşlər Nazirliyində qəbul edərək onları şəxsən dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!