Vilayət Eyvazov rüşvət alan polisi işdən çıxardı - Video

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov rüşvət alan polisi işdən çıxardı - Video

Sosial

14 Yanvar 2020 08:19 1028


Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.

"Yeni Sabah"ın Unikal.org-a istinadən məlumatına görə, Vilayət Eyvazovun əmri ilə, Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib. Dominos pizza

Qeyd edək ki,  bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!