Vilayət Eyvazov Sadıqovu vəzifəsindən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Sadıqovu vəzifəsindən azad etdi

Siyasət

08 İyun 2020 11:03 927


Daxili işlər orqanlarında yeni təyinat olub.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz rayon qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Müşfiq Sadıqov vəzifəsindən azad edilib. Sezar pizza

Onun yerinə bu vəzifəyə polis kapitanı İslam İsmayılov təyin olunub. O, daha əvvəl müəssisənin dövlət avtomobil müfəttişi vəzifəsində çalışıb.

Nazirin növbəti əmri ilə polis polkovnik-leytenantı Müşfiq Sadıqov isə Şəki regional imtahan-qeydiyyat və texniki baxış şöbəsinə rəis təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!