Daxili İşlər Nazirliyində daha bir təyinat olub.
"Yeni Sabah" bildirir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis gətirilib. Dominos pizza
O, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi. /Oxu.az
Telegram kanalımız