Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Yenisabah.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis mayoru Şaiq Ağayev Xocavənd Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub. Pepperoni pizza
Bu təyinata qədər o, Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.
Telegram kanalımız