Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.
"Yeni Sabah" “Report”a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Nəsimi RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Toyuqlu pizza
Nazirin digər əmri ilə 28-ci PB-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanov yenidən həmin bölmənin rəisi təyin olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı "Report"a təsdiqləyib.
Telegram kanalımız