Vilayət Eyvazov polkovniki müavin təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov polkovniki müavin təyin etdi

Sosial

05 Noyabr 2019 08:16 2209


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

"Yeni Sabah"ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Sezar pizza

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl polis polkovniki Hikmət Qasımov yerinə yetirirdi. O, Mingəçevir Şəhər Polis Şöbəsinə rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt ŞPİ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri vəzifəsinə təyinat alıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!