Vilayət Eyvazovdan yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazovdan yeni təyinat

Hadisə

23 Fevral 2021 16:11 902


Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general - polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri, polis polkovnik-leytenantı Niyaməddin Qasımov tutduğu vəzifədən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!